Bakıda 58 yaşlı qadını avtomobil vurub

20 Sentyabr 2022 08:47

Bakının Binəqədi rayonunda 58 yaşlı qadını avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, 1964-cü il təvəllüdlü Ağayeva Mətanət Əvəz qızı yolu keçərkən avtomobil onu vuraraq xəsarət yetirib.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Milli.Az