Bakıda 34 yaşlı kişini avtomobil vurub

20 Sentyabr 2022 08:44

Bakının Xətai rayonunda 34 yaşlı kişini avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, 1988-ci il təvəllüdlü Məhərrəmov Aydın Şərif oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol pəncənin 5-ci daraq sümüyünün sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

Milli.Az