Kor bağırsaq əməliyyatsız müalicə olunacaq
7 Aprel 2012 17:18
Milli.Az "Medical Xpress"ə istinadən bildirir ki, İngiltərənin Nottingem şəhərindəki Kral Tibb Mərkəzinin mütəxəssislərinin tədqiqatlarının nəticəsi belədir.
Araşdırma zamanı kəskin kor bağırsaq iltihabı olan 900 pasiyent seçilib. Onların 430 nəfəri əməliyyata məruz qalıb, 470 nəfər isə konservativ metodla müalicə olunaraq antibiotiklər alıblar.
Antibakterial terapiya almış pasiyentlərin 63 faizi müalicə kursunu uğurla başa vurublar və sonrakı bir il ərzində onlarda kor bağırsaq simptomları müşahidə olunmayıb.
Kor bağırsaqda əməliyyata məruz qalmış pasiyentlərdə isə sonradan fəsadların yaranması riski antibiotiklər içənlərlə müqayisədə 31 faiz çox olub.
Bununla bağlı olaraq alimlər ağırlaşmamış kor bağırsaq iltihabının müalicəsinə antibakterial preparatlardan başlamağı məsləhət görürlər.
Milli.Az