Neft emalı zavodunu ildırım vurdu, güclü yanğın başladı

20 Sentyabr 2022 08:52

Venesuelanın neft və qaz şirkəti PDVSA-nın Puerto La Kruzdakı neft emalı zavodu ərazisində güclü yanğın olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ölkənin neft naziri Tarek el Aissami məlumat verib.

O qeyd edib ki, neft emalı zavodunun oksidləşmə və suyun təmizlənməsi laqonunu ildırım vurub və yanğına səbəb olub.

Yanğının neft çənlərinə və ya neft emalı zavoduna təsir göstərmədiyi bildirilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Hadisə zamanı ölən və ya xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.

Milli.Az