Çindən ABŞ-a: Təxribatdan əl çək!

20 Sentyabr 2022 08:42

Ağ Ev administrasiyası Tayvan boğazında sülh və sabitliyi pozacaq açıqlama və təxribatlardan çəkinməlidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq ABŞ prezidentinin Tayvanla bağlı açıqlamasını şərhində deyib.

O bildirib ki, ABŞ Tayvanın müstəqilliyini müdafiə edənlərə yanlış ismarış göndərməməlidir:

"Tayvanla sülh yolu ilə birləşmək üçün müəyyən addımlar atmağa hazırıq".

Qeyd edək ki, Ağ Ev rəhbəri Çin və Tayvan arasında münaqişə yaranacağı təqdirdə, ölkəsinin ikincini müdafiə edəcəyini açıqlamışdı.

Milli.Az