Ukrayna F-16 təyyarələrini 2-3 ilə əldə edə bilər

20 Sentyabr 2022 08:48

Siyasi qərar qəbul edildiyi təqdirdə Ukrayna F-16 təyyarələrini 2-3 ilə əldə edə bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ HHQ-nin Avropa üzrə komandanı general Ceyms Heker bildirib.

Generalın sözlərinə görə, Qərb Ukraynaya yardımn edərkən uzunmüddətli perspektivdə düşünür. Çünki Ukraynada münaqişənin aylar deyil, illərlə davam edəcəyi ehtimal olunur.

Hekerin fikrincə, siyasi qərardan sonra təyyarələrin Kiyevə çatdırılması 2-3 il ərzində mümkün olacaq. Bu da logistika və pilotların təlimi ilə bağlıdır.

Milli.Az