Yaponiyada qasırğa: 2 ölü, 2 itkin, 120 zərərçəkən

20 Sentyabr 2022 08:38

Yaponiyada Nanmadol qasırğasından zərər çəkənlərin sayı 120 nəfəri keçib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 2 nəfər ölüb, 2 nəfər itkin düşüb.

Hazırda qasırğa Sakit okean sahili boyunca 75 km/saat sürətlə irəliləyir. Küləyin sürəti episentrdə bəzən 35 m/saniyəyə çatır. Ölkənin əksər ərazilərində sürüşmə və daşqın riski mövcuddur. Bəzi prefekturalarda leysan yağıb.

Milli.Az