Gəncədə bıçaqlanan yeniyetmə vəfat edib

20 Sentyabr 2022 08:28

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "Köhnə maşın bazarı" adlanan ərazisində qeydə alınıb.

2005-ci ildə anadan olmuş Novruzov Həsən bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.

Gəncədə bıçaqlanan şəxs vəfat edib.

O, xəstəxanada dünyasını dəyişib.

Milli.Az