Bakıda 2 avtomobil toqquşub, 1 nəfər xəsarət alıb - FOTO

20 Sentyabr 2022 08:18

Bakının Nizami rayonunda taksi fəaliyyəti ilə məşğul olan şəxs qəzaya səbəb olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsində baş verib.

Taksi fəaliyyəti ilə məşğul olan şəxs idarə etdiyi "Renault" markalı avtomobillə manevr edərkən "Chevrolet" markalı maşın "Renault"ya çırpılıb. Qəza nəticəsində "Chevrolet"də olan bir nəfər xəsarət alıb. Hadisə nəticəsində hər iki maşına ciddi ziyan dəyib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Milli.Az