Almaniya Ukraynaya daha 4 artilleriya qurğusu verəcək

20 Sentyabr 2022 09:00

Almaniya Ukraynaya daha 4 "Panzerhaubitze 2000" (PzH 200) artilleriya qurğusu və çox sayda mərmi verəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziriyi məlumat verib.

Nazirlikdən bildirilib ki, haubitsalar zavoda əsaslı təmirə göndərilib. Təmirdən qayıdan 4 haubitsa dərhal Ukraynaya yola salınacaq.

Milli.Az