Meksikada zəlzələ: bir nəfər ölüb

20 Sentyabr 2022 08:43

Setyabrın 19-da Meksikada baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ən azı bir nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Kolima ştatının Mansanilyo liman şəhərində bir nəfər ölüb.

Qeyd edək ki, sentyabrın 19-da yerli vaxtla saat 13:05-də Meksikanın Sakit okean sahillərində güclü zəlzələ baş verib.

Milli.Az