Bakıda vaqon yanıb

20 Sentyabr 2022 08:03

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 10 m² olan dəmir konstruksiyalardan ibarət vaqonun taxta üzlüyü və bitişik ümumi sahəsi 50 m² olan natamam tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az