Nyu-Yorkda Blinken-Bayramov-Mirzoyan görüşü keçirildi - VİDEO - FOTO

20 Sentyabr 2022 07:05

19 sentyabr tarixində BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində, ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan Respublikası xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.

"Mən Ermənistandan və Azərbaycandan olan həmkarlarıma bu gün burada olduqlarına görə təşəkkür etmək istəyirəm. Keçən həftə son döyüşlərdə ölən və ya yaralananların ailələrinə və yaxınlarına səmimi başsağlığı verməklə başlamaq istəyirəm. Döyüşlərin dayandırılması və son - son bir neçə gündə heç bir əlavə hərbi əməliyyatın olmaması bizi ruhlandırır".

Bunu ABŞ dövlət katibi Entoni Blinken üçtərəfli görüşdən sonra deyib.

"Həm Ermənistanın Baş naziri Nikol Paşinyanla, həm də Azərbaycan Prezidenti İlham Əliyevlə son zənglərimdə hər iki lider mənə sülhə hazır olduqlarını bildirdilər. Güclü, davamlı diplomatik əlaqə hamı üçün ən yaxşı yoldur. Ermənistanla Azərbaycan arasında fikir ayrılıqlarının hərbi yolla həlli yoxdur. Amma məncə, fikir ayrılıqlarını diplomatiya yolu ilə həll edən davamlı sülhə aparan yol var. Birləşmiş Ştatlar bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır. Bu söhbəti davam etdirmək üçün bu gün burada olduqları üçün hər iki həmkarıma minnətdaram" - Blinken əlavə edib.

Milli.Az