Baltikyanı ölkələr və Polşadan Rusiya vətəndaşlarına qadağa

19 Sentyabr 2022 23:34

Estoniya, Latviya, Litva və Polşa bu gündən etibarən birgə qərarla Rusiya vətəndaşlarına Şengen vizası verməyəcək.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Aİ keçən həftə Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini sentyabrın 12-dən dayandırmaq barədə razılığa gəlib.

Daha sonra 4 ölkə birgə bəyanatla Rusiya vətəndaşlarına viza verilməsini tamamilə dayandıracaqlarını açıqlayıb.

Bildirilib ki, tətbiq bu gündən qüvvəyə minib.

Baltikyanı ölkələr, Polşa, Finlandiya, Çexiya kimi bəzi ölkələr bir müddətdir bu ideyanı dəstəkləsələr də, Fransa, Almaniya, Yunanıstan buna qarşı çıxıb və əvəzində yalnız nəzarətin gücləndirilməsini istəyiblər.

Milli.Az