Mehmetin Hadisəyə hədiyyə etdiyi 3 milyonluq üzüyün aqibəti BƏLLİ OLDU

19 Sentyabr 2022 23:31

Türkiyənin pop ulduzu Hadisənin milyonçu iş adamı Mehmet Dinçerlerlə boşandığı ərəfədə evlilik təklifi zamanı barmağına taxdığı dəyəri 3 milyon lirəlik (təxminən 280 min manat) brilliant üzüyünün aqibəti bəlli olub.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, məhkəmə qalmaqallı məsələ ilə bağlı qərar qəbul edib. Beləki, toy zamanı taxılan zinət əşyaları və pullar qadına bağışlandığı üçün onun şəxsi mülkü sayılır.

Nəticə etibarı ilə Mehmetin hədiyyə etdiyi zinət əşyaları və 3 milyonluq üzük Hadisənin mülkiyyətində qalacaq.

Qeyd edək ki, cütlüyün ailə həyatı cəmi dörd ay davam edib.

Milli.Az