Meksikada 7,4 ballıq zəlzələ: Sunami təhlükəsi...

19 Sentyabr 2022 23:29

Meksikanın qərb sahillərində, Miçiokan ştatında 7,4 bal gücündə şiddətli zəlzələ baş verib.

Bu barədə ölkənin Milli Seysmologiya Xidməti məlumat yayıb.

Zəlzələ ocağı 15 km dərinlikdə yerləşib.

Dağıntı və tələfatla bağlı hələ ki, məlumat yoxdur.

Sunami təhlükəsi elan edilib.

Milli.Az