Azərbaycan Türkiyədən yeni silahlar ALACAQ

19 Sentyabr 2022 22:59

Azərbaycan Türkiyədən müasir qumbaraatanlar almağı planlaşdırır.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Türkiyə Müdafiə Sənayesi Komitəsinin əmri ilə Konya şəhərində yerləşən şirkət 40 mm-lik qumbaraatanların istehsalına başlayıb.

Qeyd olunur ki, bu uzaqmənzilli qumbaraatan 5000-dən çox atəş aça bilir, yüngül çəkiyə malikdir və daşınması çox rahatdır. Nəşrin yazdığına görə, Azərbaycan 400 və 800 metr məsafələrə atəş açmaq qabiliyyətinə malik qumbaraatanlar almaq istəyir.

Milli.Az