Daha bir türk ulduzunun Bakı konsertinin tarixi dəyişdirildi - FOTO

19 Sentyabr 2022 22:11

Türkiyənin məşhur ulduzu Sonər Sarıkabadayının Bakı konsertinin tarixi dəyişdirilib.

Bu barədə sənətçinin konsertinin biletlərinin satışı ilə məşğul olan "iticket.az" platforması sosial şəbəkə hesablarında məlumat yayıb.

Bildirilib ki, sentyabrın 24-də baş tutacağı gözlənilən Sonərin konserti dekabırın 17-sinə keçirilib.

Qeyd edək ki, S.Sarıkabadayı ilə yanaşı bir sıra türk məşhurlarının konsertlərinin tarixinin dəyişdirilməsi sentyabrın 13-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlar nəticəsində 81 hərbçimizin şəhid olması ilə əlaqələndirilib.

Milli.Az