Göyçayda "06" hasara çırpıldı, 13 yaşlı məktəbli və sürücü öldü - FOTO

19 Sentyabr 2022 19:58

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün saat 18:00 radələrində Xəlitli kənd sakini, Elton Qasımovun idarə etdiyi 23-BN-169 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı minik avtomobili Göyçay-Ucar yolunda idarəetmədən çıxaraq hasara çırpılıb. Hadisə nəticəsində sürücü və mağazaya getmək üçün yolda avtomobili saxladaraq oturan sərnişini, Xəlitli kənd sakini, 2009-cu il təvəllüdlü məktəbli Murad İbrahimov aldıqları ağır xəsarətlər səbəbindən ölüblər.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az