Millimiz Moldova ilə qarşılaşacaq

19 Sentyabr 2022 19:32

Azərbaycan və Moldova milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı AFFA və FMF arasında danışıqlar aparılıb.
 
Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, əldə olunmuş razılığa əsasən, komandalar bu il noyabrın 16-da qarşılaşacaq.
 
Qarşılaşma Moldovanın paytaxtı Kişinyov şəhərindəki "Zimbru" stadionunda keçiriləcək. Oyunun başlama saatı ilə bağlı məlumat veriləcək.

Milli.Az