Tuxel "Bavariya"nın baş məşqçisi ola bilər

19 Sentyabr 2022 20:04

Almaniyanın "Bavariya" klubu baş məşqçi Yulian Nagelsmanla yollarını ayıra bilər.

Milli.Az "report"a istinadən bildirir ki, Münhen təmsilçisinin rəhbərliyi hazırda 35 yaşlı mütəxəssisi istefaya göndərmək imkanını nəzərdən keçirir.

Ölkə çempionu Nagelsmanın yerinə namizəd də tapıb. Bu, İngiltərənin "Çelsi" klubu ilə yollarını ayıran Tomas Tuxeldir.

Qeyd edək ki, "Bavariya" Bundesliqada 7 turdan sonra 12 xalla 5-ci pillədə qərarlaşıb. Komanda son 4 turda 3 heç-heçə edib və 1 məğlubiyyət alıb.

Milli.Az