Uşaq oğurluğunda təqsirləndirilən qadından etiraf: "Atası satıb"

19 Sentyabr 2022 20:20

Bakı Ağır Cinayətlər Məhkəməsində uşaq oğurluğunda təqsirkar bilinən Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, prosesdə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, o uşağı oğurlamayıb, valideynləri azyaşlını ona pul müqabilində satıb.

"Mənə qarşı irəli sürülən bu ittiham yalandır. Uşağı öz atasının razılığı ilə götürüb aparmışam.

Uşağı atası satıb. Məhəmmədə görə atasına 3 min manat pul vermişəm. O uşaqlara yazığım gəlirdi. Soyuq havada ayaqyalın, başıaçıq gəzirdilər. Maraqlanan, baxan yox idi. Nə vəziyyətdə idilər. Mənim niyyətim o uşağın qayğısına qalmaq, normal şəraitdə böyütmək olub".

O, əlavə edib ki, uşağı gizli aparmayıb, həmin vaxt ailənin başqa üzvləri də evdə olub.

Qeyd edək ki, 2021-ci ilin dekabrında Sabunçu qəsəbəsində 2-yaşlı Məhəmməd Şıxəliyev oğurlanıb. Hüquq mühafizə orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində uşağın yeri yanvarın 8-də müəyyənləşdirilib.

Gültəkin Muradova şübhəli şəxs qismində saxlanılıb. O Cinayət Məcəlləsinin 144.3 (adam oğurluğu - yektinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham olunur.

Milli.Az