Bakı metropoliteni işçilərinin peşə bayramı günü dəyişdirildi

19 Sentyabr 2022 15:17

Prezident İlham Əliyev "Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında" sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla hər il noyabr ayının 6-sı Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunacaq.

İndiyədək metropoliten işçilərinin peşə bayramı 8 noyabrda qeyd olunurdu.

Milli.Az