Azad olunan ərazilərdə daha 201 mina aşkarlanıb

19 Sentyabr 2022 14:51

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik olan məlumatı açıqlayıb.

ANAMA-dan Milli.Az-a bildirilib ki, sentyabrın 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 58 piyada əleyhinə mina, 143 tank əleyhinə mina və 98 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 563 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Milli.Az