“Heç vaxt kitab oxumamışam”

19 Sentyabr 2022 17:08

Bütün zamanların ən yaxşı reperləri arasında yer alan və diqqət çəkən açıqlamaları ilə tez-tez gündəmdə olan Kanye Uest qatıldığı podkast yayımında təəccüblü etiraflar edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, "Hello Mind Full" yayımınında "Mən heç vaxt kitab oxumamışam",- deyə bildirib.

Podkast aparıcısı Denni Harrisin ona kitab tövsiyə etməsi ilə bu açıqlamanı verən Uest, "Bu kitabı oxumadığımı dediniz, amma onsuz da heç vaxt kitab oxumamışam. Kitab oxumaq mənim üçün Brüssel kələmini yemək kimidir",- söyləyib.

Milli.Az