Qadının uşaqlığından 10 kq şiş çıxarıldı - Unikal olay

19 Sentyabr 2022 22:25

Podmoskovye əyalətinin həkiləri qadından 10 kiloqramlıq şiş çıxarıblar

Milli.Az medicina.az-a istinadən bildirir ki, Rozanov adına xəstəxananın cərrahları qadın xəstədə uşağlığın nəhəng mioması diaqnozu qoyublar.
Törəmə uzun illərdir qadında var imiş, o əməliyyatdan qorxaraq, 15 il bu şişlə yaşayıb və illər ərzində şiş böyüyüb.

Nəhəng şiş 40 həftəlik hamiləlik ölçüsündə idi.

Uşaqlıq bu qədər yükə dözməyərək qanaxma verirdi.

2 saat davam edən əməliyyat zamanı ancaq mioma xaric edilib. Onun xoşxassəli olduğu bildirilib.

Milli.Az