Qonoreya və xlamidioz kişilərdə cinsi zəiflik yaradır - Uroloq

19 Sentyabr 2022 23:35

Erektil disfunksiya cinsiyyət orqanlarıha qan dövranının bloklanması nəticəsində yarana bilir.
Buna səbəb isə infeksiyalar, müxtəlif varikoz problemləri, travmalardır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, uroloq Ruslan Qasanov cinsi zəifliyə səbəb olan infeksiyaları açıqlayıb.

"Xlamidioz və qonoreya cinsi orqana düzgün qan axınını pozur. Əvvəllər hesab edirdilər ki, cinsi zəifliyin 80% səbəbi psixolojidir. İnfeksiya bu qədər pozulma verə bilməz.

Amma son elmi tədqiqatlar göstərdi ki, 70% problem orqanik, fizikidir, cinsiyyət orqanında qan dövranı və sinir ötürücülüyü pozulur.

Qonoreya məsələn epididimit adlı infeksiya yaradır, o xayanın spiral borusunu zədələyir.

Xəstədə bağırsaqda ağrı, anusda qaşıntı və axıntı ola bilər.

Xlamidioz prostat vəzinin ödemi, qan dövranı pozulması yaradır.

Kişilər onu aylarla hiss etmir, ona görə müalicə olunmurlar.

İntim əlaqə zamanı ağrı, sonra tez-tez sidiyə getmə varsa, mütləq infeksiyalardan yoxlanın".

Milli.Az