Vətən müharibəsi qazisi vəfat etdi

19 Sentyabr 2022 11:48

Vətən müharibəsi qazisi Elnur Səmədov dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.az-a onun yaxınları məlumat veriblər.

Qeyd edilib ki, doqquz aydır leykozdan əziyyət çəkən Səmədov Elnur Qalib oğlu dünən gecə saatlarında vəfat edib.

Bu diaqnoz qaziyə 2022-ci ilin yanvar ayında qoyulmuşdu. 

Qeyd edək ki, E. Səmədov 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş və Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ayağından yaralanmışdı.

Milli.Az