LGBT-ni dəstəklədiyi üçün konserti ləğv olundu

19 Sentyabr 2022 20:28

Türkiyədə müğənni Aleyna Tilkinin konserti ləğv olunub.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu səbəb sənətçinin LGBT-ni dəstəkləyən tvit yazmasıdır.

Açıqlama yayan Osmancık Bələdiyyəsi bildirib ki, sənətçi mədəniyyətə uyğun olmayan yazılar yazır:

"Tilkinin müsahibələrində və sosial mediada mədəniyyətimizə sığmayan açıqlama verməsi ölkədə hüznlə qarşılandı. Sentyabrın 24-ü şənbə günü keçirilməsi planlaşdırılan konsert bu gündən etibarən ləğv edilib. Hörmətlə ictimaiyyətə elan edilir". 

Milli.Az