Həftəsonu yol qəzalarında 3 nəfər ölüb

19 Sentyabr 2022 10:49

Daxili İşlər Nazirliyi (DİN) həftəsonu baş verən yol qəzaları ilə bağlı statistik məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, respublikanın avtomobil yollarında iki gündə ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 3 nəfər ölüb.

Milli.Az