Tamer və Gökhandan Azərbaycanla bağlı paylaşım - FOTOlar

19 Sentyabr 2022 12:28

Xəbər verdiyimiz kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı zamanı 79 hərbi qulluqçumuz şəhid olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, türkiyəli məşhurlar Azərbaycanla bağlı paylaşım edərək, şəhidlərimizə rəhmət diləyiblər. 

Aktyor Tamer Karadağlı bu günlərdə sosial şəbəkə hesabında Azərbaycana dəstək paylaşımı edib. O, "Dişə diş, qana qan. İntiqam, intiqam!Başımız sağ olsun can Azərbaycan" sözlərini yazıb. 

Aktyor Gökhan Alkan "Başın sağ olsun Azərbaycan. Tək bir arzum var: yurda sülh, cahanda sülh" sözləri ilə Azərbaycan və Türkiyə bayrağını yayımlayıb. 

Milli.Az