Pelosinin İrəvan səfəri: konfet əvəzinə konfet kağızı...

19 Sentyabr 2022 11:00

Ermənilər sanki fərqində deyil ki, 2020-ci ilin sentyabrının 27-dək ordusu oturmuşdu Horadizdə, böyük bir ərazini işğal altında saxlayırdı, amma indi cəbhə xətti sərhədinə - Cermuxa, Göyçə gölünə gedib dirənib. Vəziyyətlərinin hansı həddə ağır olduğunu əslində bilirlər, amma adam heyrət edir ki, bu millət hər keçən gün özünü niyə belə çıxılmaza sürükləyir? Azərbaycan Xalq Cümhuriyyətindən də əvvələ gedib çıxan tarixi düşmənçiliyi unutmaq çətindir, neçə nəsilləri bu anti-türk mühitində böyüyüblər, amma daha "bu həna  o hənadan deyil". Ermənilərin həmişə yaxşı yiyələri olub, amma onları abırlı millət olmaları üçün yönləndirməyiblər, genetikalarının xarablığına bələd olduqları üçün əllərinin altında öz məqsədlərinə çatmaq xatirinə yemləyiblər. Kimsə bunların başına məlum dördayaqlı kimi həmişə sığal çəkməlidir, onlar belə nəvazişdən xoşlanırlar, xumarlanırlar.

Nensi Pelosinin İrəvana səfərindən də eyni xumarlıq nəzərə çarpır. Başlarına yumruq dəyənə kimi elə xumarlıq içində olacaqlar yenə, xəyallar quracaqlar: "Biz böyük xalqıq, biz dünyaya lazımlı dövlətik, demokratik ölkəyik" və sair...

Milli.Az yeni müsavat-a istinadən xəbər verir ki, Nensi Pelosinin İrəvanda nələr deyəcəyi əvvəldən bəlli idi. Amma onlar da sanki anlamaq istəmirlər ki, ermənilərin qoltuğuna "qarpız vermək" indi faydasız işdir, bu dövlətə ayaqda durmaq üçün qoltuqağacı lazımdır, millətinə müalicə lazımdır, tərbiyələndirmək gərəkdir ki, sivilizasiyaya qoşulsunlar, qonşuları ilə sülh şəraitində yaşamağa vərdiş etsinlər.

Amerikanın Ermənistan üzərindən qurduğu plan məxfi deyil. Ermənistanı Rusiyaya qarşı "İkinci Ukrayna" etmək istəyirlər. Amma başa düşmürlər ki, erməninin dövlət, millət olaraq Ukrayna kimi potensialı yoxdur. Rusiyaya qarşı uzunmüddətli planda Ermənistanı Moskvanın nəzarətindən çıxarmaq, mümkün olsa, tədricən silahlandırmaq, bəlkə NATO-ya üzv etmək ola bilər. Pelosinin və İrəvana gətirdiyi dəstənin açıqlamalarında "Ermənistanın təhlükəsizliyi" qırmızı xətlə keçdi. Paşinyanı öz adamları hesab edirlər, Pelosi əbəs yerə İrəvanda "məxməri inqilab"ı dəstəkləməyib. Paşinyan hakimiyyəti faktiki anti-rusiyaçı qərbpərəstlərdən ibarətdir.

Ukraynanın Moskvanın nəzarətindən çıxarılması da belə başlamışdı, Rusiyaya yaxın prezidenti, baş naziri hakimiyyətdən qovdular, sonrakı proseslər məlum... Rusiyanın yanıbaşında digər post-sovet ölkələri də var, amma cəhd edib gördülər ki, onları ağıllı liderlər idarə edir, girişə bilmədilər. Ermənistanın isə siyasi yönünü Qərbə çevirmək asandır, millət sürüşkən və panik vəziyyətdədir, heç kimə inanmırlar, dövlət lidersizdir. Amerikanın planları üçün hazır yemdirlər.

Ermənistanla bağlı irəligedən planlarını Rusiyanın qapazı altında gerçəkləşdirmək indilikdə mümkünsüz kimi görünə bilər, 102-ci ordunu yada salmaq kifayətdir. Ermənistan isə tədricən Rusiyanın əlindən sürüşüb çıxmağı düşünür. Tez-tez KTMT-dən çıxmaq tələblərini gündəmə gətirmək də bu plana daxildir. Son dövlət uğursuzluqlarında bu bədbəxtlər özlərindən daha çox Rusiyanı suçlu bilirlər. Putin ermənilərin kim olduğunu bilir, o səbəbdən Ermənistana nəzarəti zəiflətməyəcək, lazım gəlsə, daha da sıxacaq, cəzalandıracaq.  

Pelosi "Ermənistanın ərazi təhlükəsizliyi, suverenliyi və demokratiyası Birləşmiş Ştatlar üçün dəyərlərdir" desə də, "KTMT-dən çıxarsa, ABŞ təhlükəsizliyinə qarantiya verə bilərmi" sualına birmənalı cavab verməkdən yayınıb. "Bugünkü görüşümüzdə iqtisadi və təhlükəsizlik məsələləri, Ermənistanın "Minilliyin çağırışı" proqramlarına qoşulması məsələsi, müdafiə sahəsində əməkdaşlığımız haqqında danışdıq. Gözləntilərin və istəklərin nə olduğunu dinləmək və anlamaq üçün buradayıq" deyib. Ermənipərəst konqresmen Frank Pallonenin isə "Biz başa düşürük ki, Ermənistan Rusiya ilə birlikdə bu təhlükəsizlik təşkilatının bir hissəsidir. Bu barədə heç nə demirik. Biz deyirik ki, ABŞ Ermənistanın təhlükəsizliyindən çox narahatdır. Biz Ermənistanı təhlükəsizlik baxımından mümkün qədər dəstəkləmək istəyirik" - deyə əlavə edib.

Karyerasının qürubunda Ermənistanda təhlükəli, daha dəqiqi, təxribatçı bəyanatlar verən Nensi Pelosinin səfəri Paşinyan komandasına yaxşı heç nə vəd etmir. ABŞ özünü aldatmaqdan xoşbəxt olanları tanıyır və nəticədə onlara həmişə konfet əvəzinə konfet kağızı verir.

Milli.Az