Le Pen: Avropa Birliyi imperiyaya çevrilir!

19 Sentyabr 2022 09:32

Fransanın antirusiya sanksiyalarına qoşulmaq qərarı ciddi enerji böhranına səbəb olub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Fransanın Milli Birlik Partiyasının sədri Marin Le Pen deyib.

"(Hökumət) Ukrayna ilə bağlı isteriya vəziyyətində olan AB ilə birlikdə yersiz və düşünülməmiş sanksiyalar tətbiq etməklə geosiyasi səhvə yol verdi", - o bildirib.

Onun fikrincə, AB siyasəti federal siyasətdən imperiyaya çevrilir və artıq regionda sülhün və əməkdaşlığın təşviqinə yönəlmir.

Milli.Az