İranda hərbi təyyarə qəzaya uğradı

19 Sentyabr 2022 08:44

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinə məxsus Su-22 döyüş təyyarəsi qəzaya uğrayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, təyyarə təlim uçuşu zamanı texniki nasazlıqla üzləşib və yaşayış olmayan əraziyə düşüb.

Qırıcı yerə çırpıldıqdan sonra partlayıb. Pilot katapult edərək sağ qalıb.

Milli.Az