Qurbanov oğlunun oyunundan danışdı

19 Sentyabr 2022 08:14

Futbolçularımı təbrik edirəm. Çox yaxşı performans göstərdilər. Vacib qalibiyyət idi. Hesabda irəli olsaq da, oyunçular dayanmırdılar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Zirə"yə 7:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VII tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis oyunçuların sıx qrafikdə çox əziyyət çəkdiklərini bildirib:

"Musa Qurbanlı ilk olaraq "Qarabağ", daha sonra milli üçün hazır olmalıdır. Yığmanın öz idarə ediciləri var. Bu barədə fikir bildirə bilmərəm".

Milli.Az