Pelosi Papikyanla “hərbi əməkdaşlığı” müzakirə etdi

19 Sentyabr 2022 08:07

Ermənistanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkənin müdafiə naziri Suren Papikyanla görüşüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mediası məlumat yayıb.

Erməni nazir sərhəddə baş vermiş toqquşma ilə bağlı amerikalı rəsmiyə məlumat verib. Öz növbəsində N.Pelosi də hazırki situasiya ilə bağlı ABŞ-ın mövqeyini təqdim edib.

Həmçinin görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa dair bir sıra məsələlər də müzakirə olunub.

Milli.Az