ABŞ-da ermənilərin vandallığını əks etdirən sərgi keçirilib - FOTO

19 Sentyabr 2022 08:12

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində bu ölkədəki səfirliyimiz tərəfindən məşhur italyan fotoqraf Fabrisio Kontinin "Aghdam Delenda" fotosərgisi keçirilib.

Sərgidə Azərbaycanın bir sıra şəhərlərinin Ermənistan tərəfindən tamamilə dağıdıldığını əks etdirən fotolar nümayiş etdirilib.

Sərgidə Filadelfiya Şəhər Şurasının üzvləri və digər şəxslər iştirak edərək Azəbaycana dəstək veriblər.

Milli.Az