Bakıda 23 yaşlı sürücü yol qəzasında xəsarət alıb

19 Sentyabr 2022 08:02

Bakının Səbail rayonunda 23 yaşlı sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1999-cu il təvəllüdlü Xaliqov Caviq Vaqif oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub.

Qəza zamanı yaralanan C.Xaliqov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az