Məhv edilən erməni qadın döyüşçülərin adları açıqlandı - SİYAHI - FOTO

19 Sentyabr 2022 07:59

Sentyabrın 12-də və 13-ə keçən gecə Azərbaycana qarşı son təxribatı zamanı Ermənistanın 4 qadın hərbçisi məhv edilib.

Məlumatı Ermənistanın Müdafiə Nazirliyi də təsdiqləyib.

Qeyd edilir ki, sentyabrın 13-də baş verən hərbi əməliyyatlar zamanı qadın hərbi qulluqçular və polislər - Susanna Qriqoryan, Anuş Apetyan, Alisa Melkonyan, İrina Qasparyan məhv ediliblər.

Qeyd edək ki, Alisa Melkonyan aprel döyüşlərində məhv edilmiş Qaqik Melkonyanın bacısıdır.

Milli.Az