Bakıda gənc oğlan bıçaqlanıb

19 Sentyabr 2022 08:48

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb.

2001-ci il təvəllüdlü Musayev Şamil Ramazan oğlu naməlum şəxslə dava zamanı bıçaqlanıb.

Yaralı müxtəlif bədən xəsarətləri alıb.

O, Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Milli.Az