“Pandemiya bitdi" - Bayden

19 Sentyabr 2022 08:53

ABŞ prezidenti Co Bayden koronavirus pandemiyasının arxada qaldığını bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Bayden CBS telekanalına müsahibəsində bildirib.

"Pandemiya bitdi. Hələ də COVID-lə bağlı problemimiz var. Biz hələ də bəzi məsələlər üzərində işləyirik. Heç kim maska ​​taxmır. Görünür, hamı yaxşı vəziyyətdədir", - deyə Bayden bildirib.

Milli.Az