Bakıda iki maşının toqquşması tıxaca səbəb olub - FOTO

19 Sentyabr 2022 08:43

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə DSK yolu kimi tanınan ərazidə baş verib.

Belə ki, "Nissan" markalı avtomobilin sürücüsü manevr edərkən ona digər istiqamətdən gələn "Toyota" markalı maşın çırpılıb.

Qəza nəticəsində "Nissan" markalı maşında olan sərnişin xəsarət alıb.

Toqquşma nəticəsində DSK yolunda tıxac yaranıb.

Hazırda əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.

Yolda nəqliyyatın hərəkətinin bərpa edilməsi istiqamətdə işlər aparılır.

Milli.Az