Litva aktiv Şengen vizası olan ruslara girişi bağlayıb

19 Sentyabr 2022 08:23

Əllərində aktiv Şengen vizaları olan Rusiya vətəndaşları bazar ertəsi saat 00:00-dan etibarən Litvaya daxil ola bilməyəcəklər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Litva Seyminin sentyabrın 13-də qəbul etdiyi qərar qüvvəyə minib.

Buna əsasən, Ukraynada baş verənlər və fövqəladə vəziyyətin dekabrın 15-dək uzadılmasıdır.

Bu hal Polşa və digər Baltikyanı ölkələr tərəfindən də dəstəklənir.

Litva Daxili İşlər Nazirliyi yanında Dövlət Sərhəd Mühafizə Xidmətinin məlumatına görə, avqustda Rusiya Federasiyasının 83 min vətəndaşı Baltikyanı respublikanın sərhədini keçib, o

cümlədən Kalininqrad vilayətinə tranzit keçib.

Milli.Az