"Fiona" Puerto-Rikoya çatıb

19 Sentyabr 2022 07:55

1-ci kateqoriyalı "Fiona" qasırğası bazar günü Puerto-Rikonun cənub-şərq sahillərinə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Qasırğalara Nəzarət üzrə Milli Mərkəzindən bildirilib.

Məlumata əsasən, qasırğa ölkə sahillərinə çatdıqda qasırğanın daxilində küləyin sürəti təxminən 40 m/s təşkil edib. "Fiona" qasırğası hazırda Mayaques şəhərindən 25 kilometr cənub-şərqdədir və 15 km/saat sürətlə şimal-qərbə doğru irəliləyir.

Milli.Az