PKK liderlərindən biri məhv edildi

19 Sentyabr 2022 08:38

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyanın şimalında keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının liderlərindən biri zərərsizləşdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin təhlükəsizlik güclərindəki mənbələr məlumat verib.

Məlumata əsasən, Ayn-İsa bölgəsində iki pilotsuz təyyarənin endirdiyi zərbələr nəticəsində 5 silahlı məhv edilib. Məhv edilən terrorçular arasında PKK/YPG-nin Fərat bölgəsinə "məsul" olan "Rojhat Karakoçan" kod adı ilə tanınan Mehmet Gürbüz də olub.

M.Gürbüz Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan xüsusilə təhlükəli cinayətkarların "qırmızı kateqoriyası"nda yer alırdı.

Qeyd edilir ki, xüsusi əməliyyat sentyabrın 16-da keçirilib.

Milli.Az