"Real" "Atletiko"ya qalib gəldi

19 Sentyabr 2022 08:33

La Liqanın 6-cı turunda Madrid derbisi oynanılıb.

"Atletiko" "Real"ın qəbul edib. Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Atletiko" - "Real" - 1:2
Qollar:
 Rodriqo, 18 (0:1), Valverde, 36 (0:2), Hermeso, 83 (1:2)
Qırmızı vərəqə: Hermeso, 90+1-iki sarı vərəqə ("Atletiko")

Bu nəticədən sonra "Real" 18 xalla 1-ci, "Barselona" 16 xalla 2-ci, "Betis" 15 xalla 3-cüdür. "Atletiko" isə 10 xalla 7-ci pillədə qərarlaşıb.

Milli.Az