“Qarabağ”ın rəqibi yenə qələbəyə həsrət qaldı

18 Sentyabr 2022 23:07

Fransa çempionatında 8-ci turun oyunları keçirilir.

Milli.Az matc.az-a istinadən bildirir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan "Nant" da növbəti oyununa çıxıb.

Sözügedən komanda doğma meydanda "Lans"la qarşılaşıb. Tərəflər meydanı qolsuz tərk ediblər - 0:0.
 
"Nant" 8 turdan sonra 7 xalla 20 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb. "Qarabağ" bu rəqibini Bakıdakı ilk matçda 3:0 hesabıyla məğlub edib. İkinci matç isə oktyabrın 27-də Fransada baş tutacaq.

Milli.Az