Ukrayna ordusu bu əraziləri azad etdi

18 Sentyabr 2022 21:59

Şənbə günündən etibarən Ukrayna hərbçiləri Xarkov vilayətində Oskol çayının nəinki sağına, hətta sol sahilinə də nəzarət edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə İdarəsi məlumat yayıb.

"Dünəndən Ukrayna sol sahilə də nəzarət edir", - deyə bildirilib.

Qeyd edək ki, 11 sentyabrda Ukrayna müdafiə naziri Aleksey Reznikov ordunun Oskol çayının sahilinə çatdığını və bölgələri azad etməyə davam etdiyini söyləmişdi.

Milli.Az

Milli.Az