Tacikistan hökuməti Qırğızıstan tərəfini sərhəd bölgəsində gərginliyi artıraraq Düşənbəyə qarşı informasiya kampaniyası aparmaqda ittiham edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Son günlər Qırğızıstan tərəfi qonşusunda "təcavüzkar" obrazını yaratmaq üçün açıq-aşkar yalan və eyhamlardan çəkinmədən Tacikistana qarşı informasiya kampaniyasını davam etdirir. Bununla da sərhəd bölgəsində gərginliyi artırır və Qırğızıstan prezidenti sentyabrın 17-də xalqa müraciətində Tacikistana münasibətdə dostluq və mehriban qonşuluq ruhuna uyğun gəlməyən "düşmən" sözünü işlədir", - məlumatda deyilir.
Qeyd edək ki, tərəflər arasında baş verən silahlı toqquşma nəticəsində hər iki tərəfdə mülki infrastruktura ciddi ziyan dəyib, ölən və yarananlar var.
Milli.Az