Bakıda qadını xəstəxanaya aparmaq mümkün olmayıb, xilasedicilər çağırılıb

18 Sentyabr 2022 18:18

Bakıda qadını xəstəxanaya aparmaq mümkün olmayıb, xilasedicilər çağırılıb.

Milli.Az bildirir ki, 1 nəfərin xəstəxanaya aparılması zərurətinin yaranması, bununla əlaqədar həkim briqadasına müvafiq köməkliyin göstərilməsi üçün Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edilib.

Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilərin köməkliyi ilə vətəndaş 6-cı mərtəbədəki mənzildən aşağı düşürülüb və təcili tibbi yardım briqadasına təhvil verilib.​

Milli.Az